Bütün xəbərlər
"Gerçəkləri yaşamağı öyrəndim" - Xatirə
Tarix: 04-04-2019 12:49 | Bölmə: Mədəniyyət
"Gerçəkləri yaşamağı öyrəndim" -  Xatirə


"Mən güclü qadınam. Qəlbimdəki kirli adları sildim".

Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Xatirə İslam sosial şəbəkədə paylaşdığı fotosuna yazıb. İfaçı türk dilində yazılan fikirlərdə bunları qeyd edib:
"Özümü sakitləşdirmək yerinə, gerçəkləri yaşamağı öyrəndim. Adam olmayanlara adam kimi davranmaqdan əl çəkdim. Heç kimə zorla gerçəkləri öyrədə bilməzsən. Unutmağı deyil, xatırladıqlarımdan və mənə edilənlərdən dərs almağı seçdim. Olanlara qarşı susmağı, görməməyi və ardından yol verməyi öyrəndim. Həyatınızdan sizə dəyər verməyən insanları təcili çıxardın".
İfaçının paylaşımına bir çox tənqidlər gəlib. İzləyicilərin diqqətini sənətçinin sinə dekoltesi çəkib. Xatirə şərh bölümünü bağlayaraq tənqidlərin qarşısını alıb.





Baxış sayı: 709


Bölməyə aid digər xəbərlər