Bütün xəbərlər
"Heç kimin ailəsini dağıtmamışam" - Fatimədən sərt sözlər
Tarix: 03-04-2019 17:32 | Bölmə: Mədəniyyət
"Heç kimin ailəsini dağıtmamışam" -  Fatimədən sərt sözlər

"Rəqqasənin əri olmur? Kiminsə ailəsini dağıtmalıdır ki, ailəsi olsun?".
 
Bu sözləri Axşam.az-a açıqlamasında rəqqasə Fatimə Fətəliyeva deyib. Sənətçi rəqqasələrin ünvanına deyilən tənqidlərə sərt cavab verib:
"41 yaşım var, heç kim deyə bilməz ki, indiyənə kimi mənə bir çöp verib. Hər şeyi öz gücümə etmişəm. 11 ildir ailəliyəm, heç kimin ailəsini dağıtmamışam. Eşitmişəm belə söz deyilib. 
Rəqqasələri qınayıblar. Rəqqasə özünü çöldə qoyub? Elə rəqqasələr tanıyıram ki, onların qarşısında baş əyirəm. 
Danmıram, elələri var ki, adamın adını batırırlar. Amma hamını bir tutmasınlar".



Baxış sayı: 624


Bölməyə aid digər xəbərlər