Bütün xəbərlər
Onların qəribə fobiyası var
Tarix: 03-04-2019 00:55 | Bölmə: Mədəniyyət
Onların qəribə fobiyası var


Hər bir insanda olduğu kimi, məşhurların da qorxduğu amillər var.
Axşam.az türk mediasına istinadən onların fobiyalarını təqdim edir:
"Dənizdən atam çıxsa, qaçaram" deyən Rihanna balıqlardan qorxur. Müğənni suya girəndə hansısa bir dəniz canlısının ona yaxınlaşmasına dözə bilmir.
Model Asuman Krausenin fobiyası xeyli qəribədi. Belə ki, o ərə getməkdən qorxur.
Məşhur pop ifaçısı Madonnanın bir çox fobiləri var. O ildırımdan və göy gurultusundan qorxur.
Bir çox insan kəpənəkləri uğur işarəti, azadlıq simvolu hesab etsə də aktyor Nicol Kidman fərqlənir. O, kəpənəklərdən qorxur.
Müğənni Adel qağayılardan qorxur. İngilis müğənni hələ 9 yaşında olan zaman qağayı əlindəki dondurmanı aldığı üçün o gündən bəri onlardan qorxduğunu söyləyib.
Aktrisa Cameron Diazın qorxusu digərlərindən çox fərqlənir. Yeniyetməlik dövründə üzündəki sızanaqlara görə depresiyaya düşən aktrisa üzündə çıxan sızanaq gedənə qədər evdən çıxmır.
Eminemin fobiyası isə bayquşlardır. Buna görə gecələr heç vaxt səmaya baxmadığını söyləyən reperin ən böyük qorxusu axşam vaxtı bayquşa rast gəlməkdir. Eminem bayquş şəkillərinə də baxmağa qorxur.
Şeron Stoun elektirikli ev alətlərindən qorxur. O, alətlərin birdən partlayaraq onu öldürəcəyindən çəkinir.
Bred Pitt zoofobikdir. Aktyor hörümçəklərdən qorxur.
Coni Depp klounlardan və oyuncaqlardan qorxur.
Hande Ataizi avtomobil qəzasında ölməkdən çox qorxduğunu bildirib.
Nikki Minaj eskalatorlardam qorxur. Bunun səbəbi bilinməsə də, müğənni eskalatordan istifadə etmir.



Baxış sayı: 627


Bölməyə aid digər xəbərlər