Bütün xəbərlər
"Yeddi oğul istərəm"in "Qəqəni"si orta məktəbi 14 ilə bitiribmiş — MARAQLI TARİXÇƏ
Tarix: 02-04-2019 13:28 | Bölmə: Mədəniyyət


                     


"Yeddi oğul istərəm" fiminin "Qəqəni"si, əməkdar artist Fərhad İsrafilov orta məktəbi on dörd ilə bitiribmiş.
"Ölkə.Az"ın məlumatına görə, aktyor bu maraqlı faktı "Mədəniyyət" kanalında Dilarə Səlim və Salman Qaraçöpün aparıcılığı ilə yayımlanan "Görüş yeri" verilişində səsləndirib. F.İsrafilovun sözlərinə görə, film çəkilərkən o, məktəbli olub və uzun müddət dərsə getmədiyinə görə sinifdə qalıb:
"O məktəbə Azərbaycanın ən tanınmış, mötəbər adamları getdilər. Turabov üç dəfə, iki dəfə Şahmar Ələkbərov direktorun evinə getdi. Maqsud İbrahimbəyov, Tofiq Tağızadə, Yusif Səmədoğlu, Xəyyam Mirzəzadə kimi adamlar da direktordan xahiş etdilər, amma xeyri olmadı, məni sinifdə saxladılar. Doqquzuncu sinifdə iki rüb oxudum, təzədən məni səkkizinci sinfə keçirdilər. Yenə bir il də səkkizinci sinifdə qaldım, ordan gecə məktəbinə getdim. Orta məktəbi 14 ilə bitirdim". 
Qeyd edək ki, "Yeddi oğul istərəm" filmi 1970-ci ildə Tofiq Tağızadənin quruluşçu rejissorluğu ilə lentə alınıb.



Baxış sayı: 807


Bölməyə aid digər xəbərlər