Bütün xəbərlər
"Təhminə" ölən sevgilisindən danışıb ağladı - Video
Tarix: 28-03-2019 00:52 | Bölmə: Mədəniyyət
          "Təhminə" ölən sevgilisindən danışıb ağladı -  Video

"Təhminə" filminin məşhur türkiyəli aktrisası Meral Konrat "Səhər-səhər" verilişinin qonağı olub. 

Axşam.az-ın məlumatına görə, verilişdə aktrisanın eşq yaşadığı mərhum müğənni Kerim Tekinlə bağlı sual ünvanlanıb. Studiyada Kerimin oxuduğu mahnı səsləndirilən zaman Meral göz yaşlarını saxlaya bilməyib. 

O, sevgilisinin ölümündən sonra hələ də özünə gəlmədiyini bildirib:

"Konsertdən qayıdan zaman avtomobil qəzasına düşüb, həmin vaxt ölmədi. Amma iki il komada qaldı. O an ölmədi, amma... Hələ də unutmamışam onu. Ondan sonra da bir ailə qurmadım, həyatımda başqa sevgi olmadı (ağlayır)". 
                             


Baxış sayı: 670


Bölməyə aid digər xəbərlər