09:43 / 18-04-2025
10 yaşlı qız yoxa çıxıb
Bütün xəbərlər
Azərbaycanlı müğənninin evindən 4 milyon oğurlanıb
Tarix: 11-03-2019 10:53 | Bölmə: Mədəniyyət
Azərbaycanlı müğənninin evindən 4 milyon oğurlanıb


Moskvada yaşayan azərbaycanlı müğənni Bahh Tee (əsl adı Bəxtiyar Əliyevdir) oğruların hücumuna məruz qalıb.
Axşam.az Virtualaz.org-a istinadən xəbər verir ki, 8-9 mart tarixlərindən birində müğənninin yaşadığı mənzil qarət olunub.
Onun Moskvanın Veyernaya küçəsində yerləşən mənzilindən 4 milyon 200 min rubl (təxminən 108 min manat) aparılıb.
Məlumata görə, Bahh Tee həmin mənzildə kirayədə qalır. Fakt üzrə cinayət işi açılıb, araşdırma aparılır.



Baxış sayı: 625


Bölməyə aid digər xəbərlər
7-04-2025, 15:17 Yeni rəis o oldu - Foto
25-02-2025, 19:36 Xalq artisti vəfat edib