Bütün xəbərlər
Heydər Əliyev Mərkəzində fransız heykəltəraş Mauro Kordanın sərgisi açılacaq
Tarix: 28-02-2019 22:27 | Bölmə: Mədəniyyət

Martın 15-də Heydər Əliyev Mərkəzində fransız heykəltəraş Mauro Kordanın "Zoospektiv və morfospektiv" adlı sərgisi açılacaq.
Heydər Əliyev Mərkəzindən Trend-ə verilən məlumata görə, sərgidə müəllifin 40-dək əsəri nümayiş olunacaq.
Kordanın yaradıcılığında portret janrı mühüm yer tutur. O, yaratdığı əsərlərlə insanın daxili aləmini ən müxtəlif mühit və vəziyyətlərdə açır və buna nail olmaq üçün bürünc, keramika, dəmir, mərmər və digər müxtəlif materiallardan istifadə edir.
Mauro Korda yaradıcılığında heyvanlar aləminə də xüsusi yer verir. Bu əsərlər bir sıra heyvan növlərinin sürətlə tükənməsi kimi qlobal məsələlərə diqqət yönəltmək məqsədi daşıyır. Heykəltəraş vəhşi təbiət və ya zooparklardakı adi heyvan növlərinin tezliklə onun təqdim etdiyi fantastik məxluqlar kimi görünə biləcəyi mesajını verir.
Heydər Əliyev Mərkəzindəki sərgi sentyabrın 15-dək davam edəcək.



Baxış sayı: 825


Bölməyə aid digər xəbərlər