Bütün xəbərlər
Muğam və aşıq sənətinin qorunması ilə bağlı yeni qanun layihələri hazırlanıb
Tarix: 18-02-2019 20:03 | Bölmə: Mədəniyyət

Azərbaycanda “Muğam sənətinin qorunması haqqında” və “Aşıq sənətinin qorunması haqqında” yeni qanun layihələri hazırlanıb.
Trend-in məlumatına görə, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rəfael Hüseynov “Könüllülər Parlamenti – Azərbaycan, 2019” layihəsinin iştirakçıları ilə görüşdə deyib.
R.Hüseynov bildirib ki, qanun layihələrinin hazırlanması mədəniyyətimizi qorumaq zərurətindən irəli gəlir.
Millət vəkili qeyd edib ki, bu gün Azərbaycanda muğamın inkişafına böyük diqqət göstərilir. R.Hüseynovun sözlərinə görə, muğama münasibət heç də həmişə eyni olmayıb:
“Sovet dövründə muğamı sıxışdırmağa, adlarını dəyişməyə çalışırdılar”.
Komitə sədri bildirib ki, muğam Azərbaycanın milli varlığını əks etdirir, eyni zamanda Azərbaycanı dünyada tanıdır:
“Təsadüfi deyil ki, ərazimizi işğal etdikləri kimi muğamımızı, milli adət-ənənələrimizi qəsb etmək iddiaları var”.



Baxış sayı: 602


Bölməyə aid digər xəbərlər