Bütün xəbərlər
Nisə Qasımova ağladı: “Həyatım qondarma yalanlarla doludur”
Tarix: 14-02-2019 01:55 | Bölmə: Mədəniyyət
                     Nisə Qasımova ağladı: “Həyatım qondarma yalanlarla doludur”

Bu gün xalq artisti Nisə Qasımova “Şou ATV” proqramında qonaq olub.
Axşam.az xəbər verir ki, veriliş zamanı sənətçinin anası ilə bağlı videogörüntülər sərgilənib.
Sənətçi görüntülərə baxandan sonra göz yaşlarını saxlaya bilməyib.
“Anamsız güclə yaşayıram, bugünüm üçün yalandan bəzənmişəm, anamdan sonrakı həyatım qondardığım yalanlarla doludur. Ana başqa dünyadır, kainatda onu əvəz edən heç bir məxluq yoxdur” deyə,  Qasımova söyləyib.
Qeyd edək ki, bu gün xalq artistinin 65 yaşı tamam olur.


Baxış sayı: 640


Bölməyə aid digər xəbərlər