22:50 / 07-12-2023
İt xilas edilib
Bütün xəbərlər
Aktyor Erik Censenə xərçəng diaqnozu qoyulub
Tarix: 26-10-2023 16:30 | Bölmə: Mədəniyyət

“The Walking Dead” və “House of Cards” seriallarında oynadığı rollarla məşhurlaşan Hollivud aktyoru Erik Censendə kolorektal xərçəngin dördüncü mərhələsi aşkarlanıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə NME məşhurun ailəsinə istinadən məlumat yayıb.
Sənətçinin yaxınları izah ediblər ki, il yarım əvvəl aktyor beyin anevrizması keçirib və indi ona kolorektal xərçəng diaqnozu qoyulub. Nəşrin aydınlaşdırdığı kimi, xərçəng artıq qaraciyərə metastaz verib.

Aktyorun təhlükəli xəstəliyə qalib gəlmək şansı var. Yaxın vaxtlarda Erik Censen kimyaterapiya, daha sonra isə iki əməliyyat keçirəcək.
Daha əvvəl “Charmed” və “Beverly Hills 90210” seriallarındakı rolları ilə tanınan aktrisa Şannen Doherti 2015-ci ildən xərçənglə mübarizə apardığını etiraf edib.


Baxış sayı: 92


Bölməyə aid digər xəbərlər