Bütün xəbərlər
Nigeriyadan olan məşhur müğənni və şoumen Ufada dünyasını dəyişib
Tarix: 04-05-2023 23:14 | Bölmə: Mədəniyyət


Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Nigeriyadan olan tanınmış müğənni, Ufada yaşayan Bojey David 43 yaşında vəfat edib.

Bu barədə RİA Novosti müğənninin dostuna istinadən məlumat yayıb.
Şoumenin ölümü ilə bağlı faciəvi xəbəri onun dostu, “Başqırdıstan” GKZ-nin direktoru Vildan Yarullin də təsdiqləyib.
Onun sözlərinə görə, Bojay uzun müddət şəkərli diabetdən əziyyət çəkib və uzun illər ağrılı xəstəliklə mübarizə aparmağa çalışıb. Fevral ayında müğənni bir neçə gün diabetik komaya düşüb. Lakin o, oradan çıxıb özünə gəlməyə başlayıb.
İnternet istifadəçiləri Bodzhey Davidin Başqırdıstanı çox sevdiyini qeyd ediblər. Şoumen hətta başqırd dilində mahnılar oxuyub və milli hitlərin koverlərini yazıb.


Baxış sayı: 247


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya