Bütün xəbərlər
Aktrisa və model Denise Russo ölü tapılıb
Tarix: 11-03-2023 22:44 | Bölmə: Mədəniyyət


X-Life realiti-şousunun ulduzu Denise Russo ölü tapılıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun 44 yaşı var idi. Bu barədə “New York Post” məlumat yayıb.
Denise Russonun meyiti dostunun mənzilində tapılıb. Realiti-şou iştirakçısının ölümünün dəqiq səbəbi müəyyən edilməyib, lakin KİV-in məlumatına görə, onun yanından narkotik vasitələr tapılıb. Hadisə yerinə gələn həkimlər qadını reanimasiya etməyə çalışsalar da, nəticə olmayıb.
Mərhumun dostu və keçmiş həmkarı Syuzi Stenberq həyatının ən yaxşı dövrünü keçirdiyini söylədi. Denise Russo evsiz qalıb və maşında yaşayırdı.
San Dieqo polisi araşdırma aparır.
Russonun iştirak etdiyi X-Life şousunda ekstremal idmançıların və onların partnyorlarının həyatından danışılıb.
Realiti-tv müsabiqəsinin iştirakçısı mütəmadi olaraq qlamur kadrlarını sosial şəbəkədə yerləşdirib. Son yazı onun ölümündən bir neçə gün əvvəl edilib.


Baxış sayı: 149


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya