12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
Emir Kusturitsa ayağını sındırdı, amma yenə də Rusiyaya gələcək
Tarix: 02-03-2023 21:35 | Bölmə: Mədəniyyət


Serb rejissoru, "Od ruhu" kino debütləri festivalının prezidenti Emir Kusturitsa yaxınlarda sınıq olmasına baxmayaraq, Rusiyaya gəlmək niyyətindədir.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Kusturitsanın sözlərinə görə, o, əməliyyat olunacaq və bundan sonra o, Xantı-Mansiyskdə keçiriləcək festivalın tədbirlərində iştirak etməyə hazırdır.
O, söz verib: "Belə absurd vəziyyət. Sabah əməliyyatda olacam. Əgər əməliyyatla hər şey qaydasına düşsə, o zaman festival bitməmiş meydana çıxacam".
XXI “Od ruhu” festivalı martın 3-dən 6-dək keçiriləcək. İcmal çərçivəsində laboratoriyalar, emalatxanalar, etno-kino məktəblərindən ibarət “Od ruhu” akademiyası fəaliyyət göstərəcək.
Bundan əvvəl rejissorun Serbiyada ayağı sürüşərək yıxılıb, ayağını sındırdığı məlum olub. Qubernatorun müavini Yelena Şumakova vurğulayıb ki, Emir Kusturitsanın zədələnməsi festivalın proqramında dəyişikliyə səbəb olmayacaq.
Xatırladaq ki, yanvar ayında məşhur kinorejissorun Qoqolun əsərlərindən birini çəkməyi planlaşdırdığı barədə məlumat yayılmışdı.



Baxış sayı: 205


Bölməyə aid digər xəbərlər