Bütün xəbərlər
Brilliant Dadaşova Prezidentin onun mahnısını dinləməsindən yazdı - Video
Tarix: 13-08-2022 11:12 | Bölmə: Mədəniyyət

                        Brilliant Dadaşova Prezidentin onun mahnısını dinləməsindən yazdı



Xalq artisti Brilliant Dadaşova Prezident İlham Əliyevin onun mahnısını dinlədiyi video ilə bağlı paylaşım edib.
Sabaha-inamla.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, bu barədə öz instaqram səhifəsində yazıb.
Müğənni sözügedən görüntüləri Birinci vitse-prezident Mehriban Əliyevanın səhifəsindən “repost” edərək bildirib: “Ali Baş Komandanımız və Birinci vitse-prezidentimizin yorucu və çətin işlərində doğma musiqimizin onlara ruh yüksəkliyi verməsi bizim üçün böyük şərəfdir”.
Qeyd edək ki, ötən gün Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi instaqram səhifəsində İsmayıllı rayonunun Basqal qəsəbəsinə səfərdən video paylaşmışdı. Həmin videoda dövlət başçısı və xanımı Xalq artisti Brilliant Dadaşovanın “Könlüm” musiqisini dinləyirdilər. Mahnının sözləri Xalq şairi Fikrət Qocaya, musiqi isə Firəngiz Babayevaya məxsusdur.


               


Baxış sayı: 226


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya