20:58 / 27-07-2026
Tramp danışıqlar uğursuz olarsa, ABŞ-ın hərbi əməliyyatlara davam etməyə hazır olduğunu bildirdi
20:54 / 27-07-2026
Paşinyan və Putin Ermənistanla Rusiya arasında iqtisadi münasibətlərdəki problemləri müzakirə etdilər
20:42 / 27-07-2026
Elbrusda ölən alpinistlər pişiklərini də yürüşə apardılar
20:38 / 27-07-2026
Tanımadığı bir şəxs uşağı oyun meydançasından aparmağa çalışıb
20:34 / 27-07-2026
Peskov informasiya müharibəsinin heç vaxt bitməyəcəyinə inanır
17:53 / 27-07-2026
İtaliya Pirlonu milli komandanın baş məşqçisi təyin etməmək qərarına gəlib
17:49 / 27-07-2026
ABŞ 6G şəbəkələrinin inkişafını sürətləndirmək üçün qlobal tərəfdaşlığa başlayacaq
17:47 / 27-07-2026
Taylandda mütəşəkkil cinayətkar qrupa rəhbərlik etməkdə şübhəli bilinən Rusiya vətəndaşı həbs edilib
17:41 / 27-07-2026
İranlı dənizçinin ölümündən sonra Tehran Kiyevə sərt cavab verə bilər
17:34 / 27-07-2026
Hindistan Xarici İşlər Nazirliyi Ukrayna səfirini çağırdı
17:28 / 27-07-2026
Bir neçə AB ölkəsi Ukraynanın Avropaya inteqrasiyasını Serbiyanın üzvlüyü ilə əlaqələndirə bilər
17:26 / 27-07-2026
Ukrayna Silahlı Qüvvələrinin silahlanmasına daxil olan raketlər açıqlanıb
17:21 / 27-07-2026
Amerika qəzeti Epşteynin milyonlarının varisini açıqlayıb
17:18 / 27-07-2026
NLO gördülər
17:15 / 27-07-2026
Britaniya Hərbi Dəniz Qüvvələrinin keçmiş zabiti Ukraynadakı vəziyyətlə bağlı Qərb təbliğatını təkzib etdi
17:11 / 27-07-2026
Keçmiş Britaniya zabiti Ukraynanın hərbi rəhbərliyindəki kadr dəyişikliklərini qiymətləndirdi
17:05 / 27-07-2026
10 milyon rubl dəyərində saat və zinət əşyalarının oğurlanması ilə bağlı cinayət işi açılıb
16:23 / 27-07-2026
Dnepr çayında çimərkən itkin düşən yeniyetmənin cəsədi tapılıb
16:20 / 27-07-2026
Rumıniyaya daha bir pilotsuz təyyarə uçub
16:17 / 27-07-2026
İtkin düşmüş sənətkarın cəsədi tapılıb
23:38 / 26-07-2026
Braziliya Prezidenti yeni ABŞ tariflərini strateji səhv adlandırdı
20:46 / 26-07-2026
Elbrus dağında həlak olan iki alpinistin cəsədlərini təxliyə ediblər
20:35 / 26-07-2026
Rusiya Silahlı Qüvvələrinin yeni "Banderol" raketinin zərbəsinin videosu yayımlanıb
20:29 / 26-07-2026
Rostov-na-Donda baş verən "əsrin qasırğası"nın nəticələrinin görüntüləri dərc edilib
20:26 / 26-07-2026
"Axmat" üzərində evdə qələbə qazana bilmədilər
20:22 / 26-07-2026
Putin etiraf edib ki, bəzən bloqerləri izləməkdən həzz alır
20:14 / 26-07-2026
Putin ordenli Hərbi Dəniz Qüvvələrinin şəxsi heyəti ilə şampan şərabı içərək söhbət etdi
20:10 / 26-07-2026
Kiçik raket gəmisi "Burya" müdafiə sisteminə daxil olub
20:07 / 26-07-2026
Media: İran Pakistana ABŞ ilə dialoqu sadəcə "dayandırdığını" bildirdi
19:59 / 26-07-2026
Solovyov qeyd edib ki, İran Xəzər dənizində Kiyevin gəmiyə hücumunu görməzdən gəlməyəcək
19:56 / 26-07-2026
Rumıniya Xarici İşlər Nazirliyi Rusiya səfirini çağırdı
19:50 / 26-07-2026
Oveçkin, Kuçerov və digər dörd rusiyalı 2027-ci il Ulduzlar Komandasına daxil edilib
19:48 / 26-07-2026
Bir ekspert ABŞ-ın İrana qarşı müharibəsinin real xərcləri ilə bağlı fikirlərini açıqladı
19:40 / 26-07-2026
Sanatoriyada uşaqlar xəstələndi, iş açıldı
19:36 / 26-07-2026
Almaniya Daxili İşlər Nazirliyi: Berlində izdiham hücumunda şübhəli şəxs insanlara hücum edib
“Ölkədə sözünü demiş 3 prodüser varsa, biri mənəm”
Tarix: 30-12-2018 18:24 | Bölmə: Mədəniyyət
“N-brothers” qrupu Azərbaycanda tanınmış qruplardan biridir. Bu qrupa tanınmış prodüser Namiq Qafarov rəhbərlik edir. Bu günlərdə onunla görüşüb uzun illik yaradıcılıq fəaliyyəti, gələcək planları barədə söhbət etdik.
12 il polisdə işlədim...
- Namiq qardaş, bu çətin sənətə necə gəldiyinizi bilmək maraqlı olardı...
- Mən 53 nömrəli orta məktəbi bitirmişəm. Beşinci sinifdə oxuyanda nağara dərnəyinə yazılmışdım. Elə orda ilk müəllimim də Eldəniz müəllim oldu. Eldəniz müəllim məndə bu istedadı gördü, valideynlərimə dedi ki, “bizdə dərnəkdi, yaxşı olar ki, övladınızı musiqi məktəbinə yazdırasınız. Qoy daha savadı olsun”. Rəhmətlik anam məni 22 nömrəli musiqi məktəbinə yazdırdı. Orda nağara kursunu əla qiymətlərlə bitirdim. Paralel olaraq Pionerlər Evində rəqsə gedirdim. Milli rəqslər oynayırdım. Həm də gözəl rəssam idim, şəkillər çəkirdim. Orta məktəbi və musiqi məktəbini bitirəndə valideynlərim istəmədi mən incəsənət adamı olum. Atam deyirdi ki, əşi, sənin musiqiçi dediklərin gəlib 3 manata “Lambada” çalırlar, get hüquqşünas ol. Mənim babam Hüseyn Cavadov general idi. Daxili İşlər Nazirliyinin işçisi olub. Ona “komissar Cavadov” deyirdilər. Heydər Əliyevlə dost idilər. Babam Fəxri Xiyabanda basdırılıb. Bu səbəbdən də sənədlərimi Politexnik İnstitutunun avtonəqliyyat fakültəsinə verdim. Və o ali məktəbi də bitirdim, 12 il polisdə işlədim. Hər sənətə həvəs olur da. Məndə isə o həvəs yox idi. Polisdə işləyən adam gərək bir az qəddar olsun. Məndə o qəddarlıq yox idi. Bir az ürəyiyumşağam. Öz xahişimlə işdən çıxdım. Özümə bir şirkət açdım. Şirkət “Namiq və onun kampaniyası” -”N kompani” adlanırdı. 1999-cu ildə bir gün oturub televizora baxırdıq. Orda şou-biznesdən söhbət düşdü. Dostlarımdan biri qayıtdı ki, yaxşı olar, “Qaya” qrupu və yaxud xaricdəki qruplardan biri kimi 3-4 oğlandan ibarət bir qrup yaradaq. Mən dedim ki, bu qrupu yarada bilərəm. Dedilər ki, bu, çox çətin işdi, hər adam prodüser ola bilməz. Mən onları əmin etdim ki, bunu bacararam. Şirkətin nəzdində yeni yaratdığım qrupun adını “Namiq və onun qardaşları” qoydum. İngilis dilində “N-brothers”. Düşündüm ki, sabah xarici qastrollara gedəndə bu adı ingilis dilində demək daha rahat olsun. Ancaq bilmirdim ki, bizim şou-biznes bir yerdə qalacaq, xarici ölkələrə çıxa bilməyəcək. Oranın şou-biznesinə girmək çox çətindi. Bunu tək edə bilmərəm. Bunun üçün bir komanda olmalıdı. Arxamızda Mədəniyyət Nazirliyi durmalıdı...
Belə-belə qrup yarandı. İlk dəfə “Telli qız” mahnısı oldu. Bununla bərabər, mən Azərbaycanda ilk dəfə prodüser sözünü reklam elədim. Prodüser deyəndə çox adam bilmirdi bu nə olan şeydi. Mən o vaxt restoranlara gedib izah edirdim ki, prodüser qrupun rəhbəri, direktor deməkdi. İndi hər müğənninin yanında bir nəfər “sumkadaşıyan” gəzir, deyir prodüserəm... Mən gedim hansısa müğənninin yanına, onun telefonlarına cavab verim, onun qrafikini tutum -bu, prodüserlik deyil. O, sadəcə olur köməkçi.
Belə-belə, şou-biznesə qatıldım. “Namiq qardaş” adını, qrupu tanıtdım. Artıq 18 ildir şou-biznesdəyəm.

- Deyəsən, bir ara “N-brothers” qrupunda fasilə oldu...
- Bu qrupda heç vaxt fasilə olmayıb. 1-ci, 2-ci, 3-cü qrup da yoxdu. Ad bir dənədi. O vaxt şou-biznesə qatılmaq daha asan idi. İndiki zamanda külli miqdarda pul lazımdı. Mənim özümün səsim olsaydı, mən də qrupda 4-5 il işləyib çıxardım. Çünki insan müstəqilliyə can atır. Qrupda oxuyarkən hər şey birlik halında, komanda halında olmalıdı. İstədiyin şeyi geyinə bilməzsən, istədiyin şeyi oxuya bilməzsən. Mahnını elə seçməlisən ki, üç nəfərin səsinə uyğun olsun. Geyimi elə seçməlisən ki, üç nəfərə uyğun gəlsin. Mahnı da alanda üç nəfəri nəzərdə tutmalısan. Çox çətindi qrup saxlamaq. Ona görə də qrupa gəlib, səriştə toplayıb solo-karyera quran uşaqlara pis baxmıram. Onların solo oxumağı mənim adımdı. Bu gün mənim 11 tələbəm varsa, mən onlarla fəxr edirəm.
Tələbələrimdən Samirin, Cəmilin, Əbdülxaliqin, Turalın, Nicatın, Vüsalın, Anarın, Cavidanın, Emin Bədəlovun adını çəkə bilərəm. Mən onlarla fəxr edirəm. Xarici ölkələrin şou-biznesinə baxsanız, onlarda da elədi. Qrupa gəlirlər, püxtələşirlər, sonra rəhbərlərindən halallıq alırlar, solo karyeraya başlayırlar.
“Çıxırlar efirə, yalandan yekə-yekə danışırlar...”

- Bəs indi “N-brothers” qrupu niyə görünmür?
- Bu sualı mənə çox verirlər. Deyirəm ki, bunun təqsiri məndə deyil. Efirlər çağırsın ki, biz görünək. Efirə zəng vurub yalvarmayacağam ki?!. Efir məni çağırmalıdı. Bu dəqiqə bizim efirlərimiz biabırçı gündədi. Yerindən duran -səsi, səhnə mədəniyyəti olmayan efirə çıxır. Başa düşürəm, bu, kommersiya xarakterlidir. Pulunu verir, efirə çıxır. Amma belə olmaz, bunun qabağını almaq lazımdı. Efir bilmir ki, “N-brothers” qrupu var? Ya da çox vaxt məni efirə tək çağırırlar. Deyirlər ki, “yerimiz azdı, sizsə dörd nəfərsiniz. Siz bir nümayəndə kimi gəlin, biz də üç nəfər əlavə qonaq çağıraq ki, maraqlı söhbət olsun”. Ona görə də qrupdakı uşaqlar çox vaxt inciyirlər.
İndi qrupumda İsmayıl, Orxan, Fərhad oxuyur. Üçü də savadlı uşaqlardı. Yeni mahnımız “Yağış” adlanır. Bu mahnını Nurlan adlı gənc bəstəkar yazıb. Onun üzərində işləyirik, klip çəkəcəyik.

- Bəstəkarlarla necə işləyirsiniz?
- Biz indiyə qədər çox bəstəkarlarla işləmişik. Onlardan Xanım İsmayılqızı, Gövhər Rzayevanın adını çəkə bilərəm. Burda bir problem də var. Son zamanlar fikir vermisiniz də, hansı mahnılar dəbdədi. Bu mahnılar zamanın, gənclərin zövqünə uyğun mahnılardı. Bizim görkəmli bəstəkarlarımız axı elə mahnılar yazmırlar. Müğənnini də qınamıram. Çünki onun qazancı toydan, şoudandı. Ona görə də son zamanlar sənətə can atan yoxdu. Hamı şouya can atır. Şouya can atır ki, pul qazansın. Acından ölməsin, dolansın, fəaliyyətini davam etdirsin. Çünki müğənni klipindən, diskindən qazanmır. Efirə də çıxanda efir ona pul vermir. O da çalışır ki, kommersiya xarakterli mahnı yazdırsın, pul qazansın. Ona görə də kommersiya xarakterli mahnını gənc, tanınmamış bəstəkarlar yazırlar. Bu saat şou-biznesdə qatma-qarışıqlıq çoxdu...
Qaldı ki, mənə, elə mahnı olub, pulla almışam, elə mahnı olub hədiyyə veriblər. Gövhər Rzayeva, Xanım İsmayılqızı mənə mahnılarını hədiyyə veriblər. Mən çox vaxt retro mahnıları xoşlayıram. İstəyirəm onları dirildim. Heç xoşlamıram ki, onların aranjemanını çox da dəyişim, yeni stildə eləyim. “Möcüzələr adası” filmindən “Neft daşları” mahnısını, “Bəxtiyar” filmindəki “Dörd dost, dörd ürək” mahnısını, “Qaya” qrupuna həsr elədiyim “Ey həyat, sən nə qəribəsən?” mahnısını aranjeman elədik. Eləcə də “Papaq” filmindəki Cahangir Cahangirovun bəstələdiyi “Papaq” mahnısını aranjeman elədik. Ona klip də çəkdik.

- Şou-biznesin içində olan adam kimi bu qalmaqallara necə baxırsınız?
- Çıxırlar efirə, heç nədən bir-birinə söyürlər. Bu, biabırçılıqdı. Yalandan yekə-yekə danışırlar. Başa düşürəm, şou qururlar. Amma xalq ayılıb, hər şeyi bilir. Xalqın gözü tərəzidi, hər şeyi görür. Belə şeyləri eləmək lazım deyil. Səmimi olmaq lazımdı. Özün kimi olmalısan. Şounu qur, ancaq lazımi dərəcədə. Bir dəfə açıq-saçıq geyimlər barədə danışmışdım. Mən də başa düşürəm ki, zamanla ayaqlaşmaq lazımdı, səhnə bunu tələb edir. Ancaq yaddan çıxarmayaq ki, biz müsəlman ölkəsiyik. Bizim milli mentalitetimiz var. Efirə də bizim analarımız, bacılarımız baxır. Heç olmasa, o hörməti, mentaliteti qoruyaq, saxlayaq. Çərçivədən çıxmamaq şərti ilə müasir stildə geyinmək olar. Elə eləsinlər ki, nə şiş yansın, nə kabab.
Bacardığımz qədər bu qalmaqalları efirdən yığışdırsaq, daha yaxşı olar. Kimsə populyar olmaq istəyir, kiminsə bostanına daş atır. İstəyir ki, o da çıxıb ona nəsə desin. Mən həmişə qalmaqaldan qaçmışam. Ancaq görürsən ki, qalmaqal gəlir özü səni tapır. Bəzən susursan ki, mən sənin səviyyənə düşmürəm. O özü deyir, özü də eşidir. Ancaq elə bir söz, qalmaqal olur ki, məcbursan cavabını, açıqlamasını verəsən, izah eləyəsən. Bunu da elədin, özündən asılı olmayaraq girirsən o qalmaqalın içinə.

“İncəsənət xadimi adı versələr, mənə böyük hədiyyə olar”
- Hansı verilişlərə baxırsınız? Aparıcıların səviyyəsi sizi qane edirmi?
- Məni qane eləyəni də var, eləməyəni də. Bütün telekanallara eyni gözlə baxıram. Elə aparıcılar var ki, biabırçı hərəkətlər edirlər. Aparıcıya sual verəndə ki, niyə belə edirsən, deyir ki, “mən şou qururam, sənin şou-biznesdən başın çıxmır. Geridəqalmış adamsan, zövqün köhnəlib”. Gərək, mütləq dombalaq aşıb şou qurasan? Şounun min yolu var. Əgər şou qurmağı bilmirlərsə, gəlsinlər öyrədim. Elə də ola bilər ki, aparıcı özü bilmədən qurduğu şou qəfildən alınıb, bu da xalq tərəfindən pis başa düşülüb.
- Hansı arzularla yaşayırsınız?
- Mən vətənpərvər insanam. Dövlətimi, xalqımı çox sevirəm. Azərbaycanlı olmağımla da fəxr edirəm. İlk arzum odur ki, torpaqlarımız geri alınsın. Mən ora öz qrupumla konsert verməyə gedərəm.
Mən o arzularla yaşayıram ki, biz xaricdən nəsə götürməyək, qoy onlar bizdən nəsə götürsünlər. Mən istərdim ki, doğrudan da bizim müğənnilərimiz böyük arenaya-şou-biznesə çıxsınlar. Mən bu dəqiqə Emin Ağalarovu alqışlayıram, onunla fəxr edirəm. Bu insana mənim böyük hörmətim var. O, bizi dəhşət dərəcədə tanıtdırır. Onun həm səhnə görünüşü, həm də səsi var. Müxtəlif dillərdə də oxuyur. Yeganə insandır ki, bizi xaricdə təmsil edir. Mən onu alqışlayıram. İstərdim ki, bizim belə müğənnilərimiz çox olsun. Bizdə də gözəl avadanlıqlar, bahalı studiyalar olsun. Bu dəqiqə oxuyan həddindən artıq çoxdu.

- Yeri gəlmişkən, necə baxırsınız bu müğənni bolluğuna?
- Aralarında istedadı olan gənclər də var, istedadı olmayan da. Çoxusu da şou-biznesə görə can atır. Asan yola, pula görə. Bunlar elə bilirlər ki, şou-biznesdə pul qazanmaq asandı. Mənə tez-tez müraciət edirlər.
- Uzun illərdir ki, bu sənətdəsiniz. Fəxri ad almaq barədə düşünmürsünüzmü?
- İnsan bu həyatda elə-belə yaşamamalıdı. Balaca da olsa, iz qoyub getməlidi. Mən o izi balaca da olsa qoymuşam. Nə vaxtsa bu dünyada olmayanda üç prodüserin adı çəkiləndə biri də mənim adım olacaq. Neçə adamın əlini çörəyə çatdırdım. Bunların hamısını tək etdim. Əlbəttə, incəsənət xadimi adını versələr, mənə böyük hədiyyə olar. Mənə də xoş olar ki, əziyyətimi qiymətləndirdilər. Verərlər də sağ olsunlar, verməzlər də sağ olsunlar. Hamı bilir ki, Azərbaycanda üç dənə sözünü demiş prodüser varsa, onlardan biri də mənəm.
Allahımı tanıyıram, ona ibadət edirəm. Kərbəlaya da, Həccə də getmək istərdim. Bir çox dövlət tədbirlərində, seçkilərdə canla-başla iştirak etmişəm. On dörd ildir ki, Yeni Azərbaycan Partiyasının üzvüyəm. Mədəniyyət Nazirliyi hər hansı bir mədəniyyət evini mənə versə, desə ki, bu mədəniyyət ocağını qaldır, buna da hazıram. Mən təşkilati işləri əla bacarıram, buna qadirəm. Amma məndə bir xasiyyət var ki, heç vaxt özüm gedib demərəm, mənə nəyisə verin, məni harasa təyin edin...
Namiq MƏMMƏDLİ

Baxış sayı: 2 349
Bölməyə aid digər xəbərlər

Namiq Qafarov: “İndi sənətə can atan yoxdu, hamı şouya can atır”

Dünən, 16:17
İtkin düşmüş sənətkarın cəsədi tapılıb
23-07-2026, 22:37
"Mirage" qrupunun keçmiş solisti qrupun təsisçisinə qarşı 8 milyon rubldan çox təzminat iddiası qaldırıb
22-07-2026, 13:22
Aktrisa Ornella Muti və qızı Rusiya vətəndaşlığı almağı planlaşdırır
22-07-2026, 13:18
Vısotskinin mahnısı Böyük Britaniyada radioda səsləndirilib
20-07-2026, 18:27
Kənd tualetinə bənzəyən İrina Farionun abidəsi açılıb
14-07-2026, 10:27
"Voronin" ulduzunun qardaşı ABŞ-da ömürlük həbs cəzası ilə üzləşib
11-07-2026, 16:45
İlham Əliyev Şuşada tarix-memarlıq abidəsi olan “Sadıqcanın evi”nin bərpadan sonra açılışında iştirak edib
7-07-2026, 20:52
"Sınıq işıqların küçələri" serialının aktyoru vəfat edib
7-07-2026, 17:51
Gənc xanəndənin atası qəzada öldü
1-07-2026, 18:29
Aktyorun cəsədi tapılıb
25-06-2026, 22:02
Həmkarına bıçaqla hücum edən aktrisa həbsdən azad edilib
21-06-2026, 19:56
90-cı və 2000-ci illərin hitləri haqqında serial "Pilot" festivalında baş mükafat qazandı
15-06-2026, 13:28
"Kapitan qızı" serialının aktyor heyətinə qoşulub
10-06-2026, 23:46
Prodüser Filip Kirkorovun bir konsert üçün qonorarını açıqladı
10-06-2026, 23:44
Rusiyanın ilk ənənəvi Çin mədəniyyəti muzeyi açılıb
7-06-2026, 09:08
Aktrisa ilk evliliyində xəyanətkar həyat yoldaşı olduğunu bildirib
4-06-2026, 15:20
Kobzonun ailəsi artistin mirasını satmağa başlayıb
3-06-2026, 16:38
Ani Lorakın Uzaq Şərqdəki konsertləri baş tutmayacaq
29-05-2026, 12:49
Aktyor Vyetnamda xəstəxanaya yerləşdirilib
28-05-2026, 17:14
İlham Əliyev Xankəndidə əsaslı şəkildə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılışında iştirak edib
27-05-2026, 19:37
Avropa İttifaqı Şurasına qarşı yeni iddia qaldırdı
27-05-2026, 18:18
“Bir dəfə xəstələndim, məni əvəz edən olmadı”
20-05-2026, 20:14
Müğənni Kayli Minouqa iki dəfə xərçəng diaqnozu qoyulub
18-05-2026, 19:21
Moldovada Eurovisionda rumıniyalı sənətçinin səsləndirilməsi ilə bağlı qalmaqal yaranıb
18-05-2026, 18:41
Nərgiz Paşayevanın qızı Kannda - Fotolar
14-05-2026, 17:20
Komediyaçı Mixail Şats İsrailə köçməsini vətənə qayıtmaq hesab edib
13-05-2026, 15:12
Angelina Jolie ABŞ-dakı malikanəsini satır
5-05-2026, 21:27
Yaponiyada keçiriləcək 21-ci Rus Mədəniyyəti Festivalının proqramı haqqında danışıb
3-05-2026, 18:44
Gənc alim Ruslan Tağıyevin musiqi mədəniyyətinə böyük töhfəsi: “Bayatı-Şiraz dəstgahı" kitabı ictimayyətə təqdim olundu-FOTOLAR+VİDEO
22-04-2026, 20:17
Avstraliya kinoteatrları qanunsuz olaraq Rusiya filmləri nümayiş etdirir
22-04-2026, 19:50
Paralimpiya çempionu haqqında sənədli film çəkilişinin planlaşdırıldığını bildirib
22-04-2026, 16:07
Alena Əliyeva konsertdə - Fotolar
21-04-2026, 22:54
Madonna ABŞ-da keçirilən festivalda geyindiyi əşyaları itirdi
20-04-2026, 18:32
Reper qiyabi olaraq 7 milyon rubl cərimələnib
20-04-2026, 18:29
"Ulduz gəmisi əsgərləri" filmindəki rolu ilə tanınan Patrik Muldun 57 yaşında vəfat edib
19-04-2026, 18:44
Komediya Teatrından işdən çıxarılmasına aydınlıq gətirdi
16-04-2026, 18:59
Raymonds Pauls əməliyyatdan sonra xəstəxanadan buraxıldı
15-04-2026, 19:25
Reper Morgenstern Litvaya giriş qadağasını ləğv edən məhkəmə qərarını uğurla əldə edib