22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Bakı Fotoqrafiya Evində “Tacikistan – dağ zirvələri və qızıl göllər ölkəsidir” sərgisi açıldı
Tarix: 21-04-2022 00:58 | Bölmə: Mədəniyyət


20 aprel 2022-ci il tarixində Azərbaycan Respublikası ilə Tacikistan Respublikası arasındakı diplomatik əlaqələrin 30 illiyi münasibətilə Tacikistan Respublikasının Azərbaycandakı Səfirliyinin “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə həyata keçirilən Bakı Fotoqrafiya Evində “Tacikistan – dağ zirvələri və qızıl göllər ölkəsidir” sərgisinin açılışı baş tutdu.
Sərginin açılış mərasimində “İçərişəhər” Muzey Mərkəzinin direktoru Əminə Məlikova qonaqları salamlayaraq sərginin konsepsiyası haqqında məlumat verdi.
Xüsusi qonaq qismində Tacikistan Respublikasının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Rustam Soli çıxışında iki ölkə arasında ədəbi-mədəni əlaqələrin əhəmiyyətini vurğuladı.
Açılış mərasimində məşhur fotoqraf Reza Deqati və Milli Məclisin deputatı Aydın Mirzəzadə də çıxış etdilər.
Sərgi 25 aprel 2022-ci il tarixinə qədər davam edəcək.

Sabaha-inamla.az













Baxış sayı: 353


Bölməyə aid digər xəbərlər