Bütün xəbərlər
Azərbaycanlı aktrisanın serialdan ayrılma səbəbi bəlli oldu - QALMAQAL
Tarix: 30-04-2021 00:21 | Bölmə: Mədəniyyət



Azərbaycanlı aktrisa Nəsrin Cavadzadənin "Yasak elma" serialından ayrılıq səbəbi bəlli olub.
Axşam.az xəbər verir ki, ekran işinin rejissoru Murat Öztürk xəstələndiyi üçün onu əvvəlki həmkarı Neslihan Yeşilyurt əvəz edib.
Eda Ece həmin gün çəkilişi olmasa da rejissoru görmək üçün çəkiliş meydanına gəlib. N.Yeşilyurt aktrisa ilə söhbət etmək üçün isə işi köməkçisinə həvalə edib.
Nəsrin Cavadzadə çəkiliş uzandığı və üşüdüyü üçün rejissora "İşi qurtarıb, sonra söhbət edərdiniz" söyləyib. Bu zaman isə onlar arasında gərginlik yaşanıb. Daha sonra Nəsrin çəkiliş meydançasını tərk edib və telefonunu söndürüb.
Yaşanan hadisə barədə serialın prodüseri məlumatlandırılıb və aktrisaya ölüm səhnəsi yazılıb.
Qeyd edək ki, yayılan xəbərlər barədə Nəsrin Cavadzadə hələlik açıqlama verməyib.


Baxış sayı: 424


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya