21:32 / 16-02-2026
Xalq artisti vəfat etdi
15:19 / 16-02-2026
10 canavar qeydə alınıb
Bütün xəbərlər
Arif Quliyevin ölüm xəbəri yalandır - TƏBİB
Tarix: 27-04-2021 12:15 | Bölmə: Mədəniyyət

                    Arif Quliyevin ölüm xəbəri yalandır



Bir müddət əvvəl koronavirusa yoluxaraq xəstəxanaya yerləşdirilən Xalq artisti Arif Quliyevin vəfat etməsi barədə xəbər yayılıb.
“Yeni Klinika”da müalicə olunan aktyorun ötən gün dünyasını dəyişdiyi bildirilib.
Hətta Əməkdar artist Aybəniz Haşımova sosial şəbəkədə post paylaşaraq A. Quliyevin ailəsinə başsağlığı verib. Lakin o, bir müddət sonra yazdığı statusu silib.
“Qafqazinfo” məlumatı dəqiqləşdirmək üçün TƏBİB-lə əlaqə saxlayıb. Bildirilib ki, Xalq artistinin dünyasını dəyişdiyi ilə bağlı məlumat əsassızdır. 
Qeyd edək ki, A. Quliyev 6 gün bundan əvvəl xəstəxanaya aparılaraq süni tənəffüs aparatına qoşulub.



Baxış sayı: 633


Bölməyə aid digər xəbərlər
29-12-2025, 19:13 QIZIL ALMA