Bütün xəbərlər
Sumqayıtda “Nizami Gəncəvi ili”nə həsr edilmiş müsabiqə keçirildi
Tarix: 16-04-2021 14:03 | Bölmə: Mədəniyyət


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi ilə əlaqədar Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə “Nizami İrsində İncəSənət” adlı rəsm-sərgi müsabiqəsi keçirilmişdir. Tədbirin keçirilməsində məqsəd dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan mütəfəkkiri Nizami Gəncəvi yaradıcılığının, mədəni irsinin gənclər arasında təbliği, gənclərin bilik və bacarıqlarının üzə çıxarılması, yaradıcılıq fəaliyyətlərinin dəstəklənməsidir.


Qeyd edək ki, cari ilin 01 aprel tarixində elan olunan müsabiqəyə 30-a yaxın əl işi təqdim edilmiş, münsiflər heyətinin qərarı ilə onlardan 15-i müsabiqə çərçivəsində təşkil olunacaq sərgidə nümayişə uyğun bilinmişdir.
15 aprel 2021-ci il tarixində “Nizami” Kinoteatrının qarşısında açıq səma altında, gənc skirpka ifaçıları və qirətçilərin müşayiəti ilə keçirilən sərgidə yeniyetmə və gənclər Nizami Gəncəvi yaradıcılığına aid rəsm əsərlərini nümayiş etdirmiş, Baş İdarənin əməkdaşları və qonaqlar sərgiyə baxış keçirərək müəlliflərin fikirlərilə tanış olmuşlar.
Sonda sərgi-müsabiqədə qalib olan iştirakçılara Baş İdarənin fəxri fərman və hədiyyələri təqdim edilmişdi


Sabaha-inamla.az






Baxış sayı: 342


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya