Bütün xəbərlər
Türkiyənin paytaxtı ilə bağlı zarafatına görə həbsini tələb etdilər - Video
Tarix: 10-04-2021 11:15 | Bölmə: Mədəniyyət

                     Türkiyənin paytaxtı ilə bağlı zarafatına görə həbsini tələb etdilər


Türkiyənin komediya aktyoru Ersin Korkutun “TikTok” sosial media platformasında yayımlanan videosu tənqid hədəfinə çevrilib.
“Qafqazinfo” xəbər verir ki, Diyarbəkir şəhərini ölkənin paytaxtı adlandıran aktyor barədə #ErsinKorkuthəbsedilsin həştəqi yaradılıb.
Yayılan görüntülərdə dostunun Ersinə “Prezidentimiz olmaq istəyirsən?”,- sualına aktyor “Prezident olacağam”,- şərhini verib.
İki şəxsin sözügedən dialoqu qısa müddətdə sosial şəbəkələrdə yayılıb, reaksiyalar bir-birinin ardınca gəlib.
Linç kampaniyasına məruz qalan Korkut sosial şəbəkədə açıqlama yayaraq üzr istəyib:
“Bu bölgənin mədəniyyət paytaxtı olaraq Diyarbəkiri dedim. Gün ərzində bu barədə bir yazı da paylaşdım. İzmir Egenin mədəniyyət paytaxtı və mərkəzidir. Bunun kimi.... Bu mənada dedim, amma fikrimi tam ifadə edə bilmədim. Mən siyasəti başa düşən insan deyiləm. Təbii ki, yalnız bir paytaxtımız var və adı Ankaradır. Çox kədərlənirəm. Türkiyədə hamının birlikdə xoşbəxt bir şəkildə yaşamasından başqa bir şey düşünmürəm. Hamıdan üzr istəyirəm”.

             


Baxış sayı: 360


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya