Bütün xəbərlər
Türkiyəli rejissorun filmi ABŞ-da 5 mükafat qazandı - Fotolar
Tarix: 09-04-2021 09:39 | Bölmə: Mədəniyyət

                     Türkiyəli rejissorun filmi ABŞ-da 5 mükafat qazandı


Türkiyəli rejissor Müslüm Şahinin “Muallim” (“Müəllim”) filmi “American Golden Picture” Beynəlxalq Film Festivalında böyük marağa səbəb olub.  
Bu barədə “Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir.  
Belə ki, film “Ən yaxşı film”, “Ən yaxşı rejissor işi” kateqoriyaları da daxil olmaqla, beş mükafata layiq görülüb.
Filmin prodüseri Halit Arabacı bildirib ki, çəkiliş komandası ekran işinin iştirak etdiyi birinci beynəlxalq festivalda belə bir uğur qazanmasından hədsiz qürur hissi keçirir.
Qeyd edək ki, film Türkiyənin TRT telekanalı və Mədəniyyət və Turizim Nazirliyinin birgə istehsalıdır. Ekran işinin rejissoru M.Şahin Türkiyədə kinematoqrafiya, ABŞ-da isə rejissorluq üzrə təhsil alıb.  
Filmdə hadisələr XX əsrin əvvəllərində baş verir. Kinolentin qəhrəmanı Fransada təhsil aldıqdan sonra Anadoluda milli dəyərlərlər səbəbindən həmvətənliləri ilə münaqişəyə girən Əli adlı müəllimdir.






Baxış sayı: 294


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya