07:33 / 22-03-2026
60-dan çox insan həlak olub
Bütün xəbərlər
Azər Zeynalov əməliyyat olunub
Tarix: 07-04-2021 17:44 | Bölmə: Mədəniyyət

                 Azər Zeynalov əməliyyat olunub


Xalq artisti Azər Zeynalov açıq ürək əməliyyatı olunub. 
Bu barədə “Qafqazinfo”ya müğənninin həyat yoldaşı məlumat verib: “Azər müəllim martın 10-da infarkt keçirdi. Növbəti gün Bakıdakı özəl klinikaların birində ürəyinə müvəqqəti stend qoyuldu və əməliyyat məsləhət görüldü. Əməliyyata üç həftə hazırlıq işləri görüldü, analizlər verdi. Aprelin 2-si açıq ürək əməliyyatı oldu, 4 damarını dəyişdilər. Hazırda xəstəxanada müalicəsi davam edir. Evə nə vaxt buraxılacağı məlum deyil”.
Qeyd edilib ki, xalq artistinin danışa bilməməsi ilə bağlı xəbərlər əsassızdır: “Səhhətində hər şey qaydasındadır, danışa bilir. Sadəcə olaraq həkim telefondan istifadə etməyə icazə vermir”.



Baxış sayı: 634


Bölməyə aid digər xəbərlər
16-02-2026, 21:32 Xalq artisti vəfat etdi
29-12-2025, 19:13 QIZIL ALMA