22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
“Mənə demədikləri söz qalmadı, milçəyə də bənzətdilər...”
Tarix: 07-04-2021 11:27 | Bölmə: Mədəniyyət

                 “Mənə demədikləri söz qalmadı, milçəyə də bənzətdilər...”


Türkiyənin pop ulduzu Hadisə uzun illərdir ona qarşı aparılan linç kampaniyalarından danışıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə o, siması olduğu “L'Officiel Turkiye” jurnalına açıqlamasında bildirib. Müğənni qeyd edib ki, qadınlar tərəfindən nifrət dolu mesajlara məruz qalır:
“Mən linçlərə ən ağır şəkildə məruz qalan şəxsəm. Kök və “Roberto Karlos ayaqlı” olduğumu dedilər. Hətta çox arıqladığımı, çox çirkinləşdiyimi, milçəyə bənzədiyimi söylədilər. Mənə demədikləri söz qalmadı. Hamısını yaşadım. Kədərli tərəfi odur ki, bu nifrəti mənə qusanların əksəriyyəti qadınlardır”.







Baxış sayı: 387


Bölməyə aid digər xəbərlər