22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Lavrov Belarusla bağlı qərarı tənqid etdi
Tarix: 05-04-2021 11:03 | Bölmə: Mədəniyyət

                      Lavrov Belarusla bağlı qərarı tənqid etdi

           
Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Eurovision” təşkilatçılarının Belarusu müsabiqədən kənarlaşdırma qərarının senzura olduğunu açıqlayıb. 
“Qafqazinfo” xəbər verir ki, nazir “Bu, nə mədəniyyət konsepsiyasına, nə də Avropa İttifaqının riayət etdiyi iddia edilən məşhur demokratik dəyərlərə uyğun olaraq “Eurovision”dakı xurafatların və ikili standartların canlı bir nümunəsidir”,- deyə vurğulayıb.
Lavrov bildirib ki, bu günədək yarışmada siyasi motivli mahnılar səsləndirilib:
““Eurovision” müsabiqəsinin Belarusa münasibəti iyrəncdir. Bu, ümumi senzuradır. Bu, necə sənət, mədəniyyət, demokratiyadır? “Eurovision”da Portağal İnqilabı himni və ya Krım tatarlarının qovulmasına dair mahnı da daxil olmaqla siyasi kompozisiyalar mövcud olsa da, qamış borusu haqqında zərərsiz bir Belarus mahnısını belə ciddi qəbul etmək ikiüzlülüyü göstərir. Ancaq nəticədə mahnının hansı sözlərinin siyasətlə əlaqəli olduğunu deyə bilmədilər”.
Xatırladaq ki, ölkəni təmsil edən “Galasy ZMesta” qrupunun səsləndirdiyi mahnıda siyasi mesajlara yer verilmişdi. “Ya nauchu tebya” (Mən səni öyrədərəm) bəstəsində Prezident Aleksandr Lukaşenkoya sətiraltı dəstək göstərilərək müxalif qüvvələr tənqid olunmuşdu. Bundan sonra ölkə müsabiqədən kənarlaşdırılmışdı. 



Baxış sayı: 415


Bölməyə aid digər xəbərlər