Bütün xəbərlər
“Satıcı işlədiyim zamanlar şou-biznesdən tanışları görəndə utanırdım”
Tarix: 22-03-2021 18:49 | Bölmə: Mədəniyyət

                 “Satıcı işlədiyim zamanlar şou-biznesdən tanışları görəndə utanırdım”


Teleaparıcı Lətafət Ələkbərova uğursuz ailə həyatından sonra çətin günlər yaşadığını, mağazada satıcı işlədiyini dilə gətirib.
“Qafqazinfo” xəbər verir ki, o, bu barədə ARB kanalında yayımlanan “Onun sirri” verilişində danışıb.
Həyatında çətin dönəm yaşadığını, heç yerdə işə qəbul edilmədiyini deyən aparıcı həmin vəziyyətdən necə çıxdığını belə xatırlayıb:
“Qızım bir yaşında idi. Çox çətinlik çəkirdim, hətta uşağa qida ala bilmirdim. Susuz, işıqsız qalırdıq. O dövrdə banklara da borcum var idi. Ailəm mənə cüzi dəstək ola bilirdi. Amma heç vaxt ətrafa özümü yazıq kimi göstərmirdim. Avtomobilim var idi, onu satıb borclarımı qaytardım.
Ticarət mərkəzlərinin birində kirayə mağaza götürüb alt geyimləri satmağa başladım. Bir ticarət obyektindən mal alıb həmin mağazada satırdım. Hər gün uşağı da qucağıma götürüb mağazaya gəlirdim, satıcıya nəzarət edirdim, çünki mən olmasaydım, iş getmirdi. Orada şou-biznesdən olan tanış şəxslər var idi. Onları görəndə utanırdım. Çünki mən ulduz olmuşdum, böyük layihələrim olmuşdu. O layihələrdən sonra uğursuz ailə həyatımın ardınca böyük bir eniş yaşadım. Amma müştəri gələn kimi ona biganə qala bilmirdim. Çünki o malı mütləq satmalı idim ki, evə pulsuz qayıtmayım...”



Baxış sayı: 508


Bölməyə aid digər xəbərlər