22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
“10 yaşlı uşaqla şəkil çəkdirdim, ərim mənlə dalaşdı” - Video
Tarix: 15-03-2021 15:09 | Bölmə: Mədəniyyət

                  “10 yaşlı uşaqla şəkil çəkdirdim, ərim mənlə dalaşdı”


Əməkdar artist Ruhəngiz Allahverdiyeva daha bir açıqlaması ilə gündəmə gəlib.
“Qafqazinfo” xəbər verir ki, 66 yaşlı müğənni bu dəfə keçmiş həyat yoldaşının ona qoyduğu qadağalardan danışaraq buna boyun əydiyini etiraf edib. “Həmin Zaur” proqramında qonaq olan sənətçi ərinin onu 10 yaşlı uşağa da qısqandığını bildirib:
“Həyat yoldaşın yaxşı olan halda ailə və sənət paralel gedə bilər. Mənim həyat yoldaşım razı deyildi. Hansı kişi istəyər ki, xanımı gecə saat 12-dən sonra evə gəlsin?! Bəzən olar ki, müğənnidən xoşu gələr, sənətini sevib evlənər. Onda qəbul edirlər...
Ailə gözəldir, amma evdə oturub mətbəxdə işini görəsən. Səhnədə oxuyursan, kiminsə səndən xoşu gəlir. Bunu hansı kişi götürər? Evimizdə dava olmayıb, amma həyat yoldaşım yad biri ilə şəkil çəkdirməyə icazə verməyib. Bir dəfə 10 yaşlı uşaqla şəkil çəkdirdim, dalaşdı. Deyir, o da böyüyüb kişi olacaq”.

            



Baxış sayı: 429


Bölməyə aid digər xəbərlər