22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
İfaçılıq sənətində Azərbaycan dilinin düzgün tətbiqi ilə bağlı tədbir keçirilib
Tarix: 13-03-2021 13:49 | Bölmə: Mədəniyyət

     İfaçılıq sənətində Azərbaycan dilinin düzgün tətbiqi ilə bağlı tədbir keçirilib

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzində dilçi alimlər, Bəstəkarlar İttifaqının üzvləri, musiqişünaslar,mahnı mətni yazan şairlər, estrada, vokal, xalq mahnıları və muğam ifaçıları ilə görüş keçirilib.
"Report" xəbər verir ki, Monitorinq Mərkəzinin direktoru, professor Sevinc Əliyeva tədbiri giriş sözü ilə açaraq qurumun fəaliyyəti barədə geniş məlumat verib.
Görüşün əsas məqsədinin ifaçılıq sənətində Azərbaycan dilinin düzgün tətbiqinin qorunması olduğunu, bunun üçün qarşılıqlı əməkdaşlığın vacibliyini bildirib.
Monitorinq mərkəzinin baş mütəxəssisi, Əməkdar artist Aygün Qurbanova “Azərbaycan musiqisində söz və ifanın vəhdəti” mövzusunda çıxış edərək müğənnilərin, xanəndələrin ifasındakı dil qüsurlarına toxunub.
Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin Analitik təhlil və proqramlaşdırma şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Şahlar Məmmədov isə “Mahnı mətnlərində ana dilimizun mənzərəsi” mövzusunda çıxış edib:
"Cəmiyyət üçün təhsil, kitab, teatr və s. nə qədər önəmlidirsə, musiqi də o qədər vacibdir. Sözləri zəif, bayağı olan mahnını nəinki xiridarlar, hətta adi dinləyicilər də qəbul etmirlər. Deməli, musiqinin uzunömürlülüyü sözlə bağlıdır".
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının kafedra müdiri, filologiya elmləri doktoru, professor Tərlan Quliyev “Muğam və təsniflərimizin ifa edilməsində Azərbaycan dilinin tələffüz formaları” mövzusunda danışıb.
Görüş zamanı musiqişünaslar, xanəndələr, müğənnilər “İfaçılıq sənətində Azərbaycan dilinin düzgün tətbiqi” mövzusu ilə bağlı fikir, arzu və təkliflərini bildiriblər.


























Baxış sayı: 424


Bölməyə aid digər xəbərlər