22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Rəhimə Nuriyeva: "Yaşar Nuri dünyasını dəyişəndən sonra Mədəniyyət Nazirliyindən zəng olunmayıb"
Tarix: 09-03-2021 13:55 | Bölmə: Mədəniyyət

   Rəhimə Nuriyeva: Yaşar Nuri dünyasını dəyişəndən sonra Mədəniyyət Nazirliyindən zəng olunmayıb

Rəhimə Nuriyeva

Bu il Azərbaycanın Xalq artisti, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı Yaşa Nurinin 70 illik yubileyidir.
“Report”a açıqlama verən aktyorun həyat yoldaşı Rəhimə Nuriyeva arzulayır ki, Mədəniyyət Nazirliyinin qərarı ilə mərhumun 70 illik yubileyi rəsmi şəkildə dövlət tərəfindən qeyd olunsun.
Onun sözlərinə görə, Yaşar Nuri dünyasını dəyişəndən sonra Mədəniyyət Nazirliyindən zəng olunmayıb:
“İstəyirəm müraciət edim ki, nə fikirləşirlər. Hələ 70 illik yubileyi kənara qalsın, 2012-ci ildən bu günə kimi mənim evimə zəng gəlməyib. Nə bayram günü, nə ölən günü... Məndə sual yaranır ki, 40 il həyatını mədəniyyətə qoyan insanın ailəsi ilə Mədəniyyət Nazirliyi niyə maraqlanmır. İş təkcə qərar qəbul etməkdən ibarət deyil axı. Mənəvi dəstək tamamilə başqa şeydir".
R.Nuriyeva qeyd edib ki, Yaşar Nurinin aldığı “Şöhrət” ordeninə uyğun olan qanuni statusların əksəriyyəti yerinə yetirilməyib:
"Saymazlıqdır, ya necə, bilmirəm nə baş verir. Bu mövzuya çox səhlənkar yanaşırlar. Nə teatrın özündən, nə Azərbaycan Teatr Xadimləri İttifaqının heç birindən xəbər eşitmirəm.
Senytabrın 3-ü onun rəsmi ad günüdür, 70 yaşı tamam olur. İndi ayın 3-ü olmasın, 5-i olsun, 10-u olsun. Bu, pandemiyanın durumundan asılıdır. Artıq pandemiya da bitmək üzrədir, durum yaxşı olsa, teatrın açılışı ilə yubleyin təntənəli şəkildə keçirilməsini istərdim”.



Baxış sayı: 554


Bölməyə aid digər xəbərlər