22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
55 tülkü dərisindən hazırlanmış kürkünə görə qınanıldı - Foto
Tarix: 01-03-2021 18:57 | Bölmə: Mədəniyyət

                   55 tülkü dərisindən hazırlanmış kürkünə görə qınanıldı


Bir neçə gündür Türkiyə şou gündəmini müğənni Bülent Ersoyun 55 tülkü dərisindən hazırlanmış kürkü zəbt edib. 
“Qafqazinfo” xəbər verir ki, dörd ay əvvəl kürkün hazırlanması üçün müraciət edən Ersoy buna görə 450 min TL (103 min 320 AZN) ödəniş edib.
Bu barədə xəbər yayılandan sonra sənətçi sosial şəbəkələrdə linç edilib, bir neçə həmkarı tərəfindən sərt tənqid olunub. Hətta müğənni Yusuf Güney instagramda paylaşım edərək Ersoyu təhqir edib:
“Kişi, qadın, solist, əsas solist, zəngin, sultan oldun, amma insan olmadın, Bülent Ersoy. Pul sənin, zövq sənin... Vicdanın yoxdur. Mərifətli addım atmış kimi kürklərini paylaşırsan”.
Tənqidlərə məruz qalan Bülent “Posta” qəzetinə açıqlama verərək süni kürk geyinmədiyini, hər zaman təbii məhsul aldığını bildirib. O, digər sənətçilər kimi saxta olmadığını, hər zaman doğru danışdığını vurğulayıb.
Özünə haqq qazandıran Ersoy son 4 ildə kürk almadığını da sözlərinə əlavə edib.







Baxış sayı: 332


Bölməyə aid digər xəbərlər