Bütün xəbərlər
Putin tanınmış aktyoru Rusiya vətəndaşlığına qəbul etdi
Tarix: 24-02-2021 20:21 | Bölmə: Mədəniyyət

                    Putin tanınmış aktyoru Rusiya vətəndaşlığına qəbul etdi

Serbiyalı aktyor Miloş Bikoviç Rusiya vətəndaşlığına qəbul edilib.
“Qafqazinfo” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə müvafiq fərmanı Rusiya Prezidenti Vladimir Putin verib.
Bikoviç bu barədə sosial şəbəkədə yazıb:
“7 ildən çoxdur ki, Rusiyanın mədəni həyatında iştirak edirəm. Bu, mənim üçün şərəf və xoşbəxtlik mənbəyidir. Bütün bu müddət ərzində özümü Rusiya ictimaiyyətinin fəal üzvü kimi hiss eləmişəm. İndi bu rəsmi şəkildə təsdiqləndi. Bu gün şərəflə deyə bilərəm: Rusiya-Mənim Vətənimdir!”.
Qeyd edək ki, 1988-ci ildə Belqradda anadan olan Bikoviç “Buz”, “Qulluqçu”, “Belqrad oteli” filmləri, “Maqomayev”, “Eleon oteli” serialları ilə məşhurdur.


Baxış sayı: 314


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya