Bütün xəbərlər
Kiyevdə Xocalıya həsr edilmiş film nümayiş olundu - Video
Tarix: 23-02-2021 19:40 | Bölmə: Mədəniyyət

                 Kiyevdə Xocalıya həsr edilmiş film nümayiş olundu


Bu gün Kiyev şəhər kinoteatrında Xocalı faciəsinə həsr olunmuş “Sonsuz dəhliz” filmi nümayiş etdirilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna Azərbaycanlıları Konqresinin Kiyev şəhər təşkilatının sədri Oleq Krapivin məlumat verib. O bildirib ki, filmin nümayişinə Litvalı kinoşünas, ekran əsərinin müəllifi, rejissor və prodüseri Aleksandras Brokas da dəvət olunub.
“Film dünyanın bir çox kinozallarında nümayiş etdirilib, xüsusi mükafata layiq görülüb. Film çox təsirlidir. Filmin nümayişində yerli media nümayəndələri, eləcə də xarici media orqanları, Ukrayna Radasının deputatları, siyasətçilər, Azərbvaycan diasporunun ziyalılarlı, müsəlman icmalarının şeyxləri, rəhbərləri, başqa dini təşkilatların nümayəndələri iştirak ediblər”, - deyə Krapivin qeyd edib.

            


Baxış sayı: 318


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya