22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
“Yaxşı ki, ailə qurmamışam, peşman deyiləm”
Tarix: 16-02-2021 13:28 | Bölmə: Mədəniyyət

                    “Yaxşı ki, ailə qurmamışam, peşman deyiləm”


“Mənim bütün həyatım alt-üst oldu. Efirlərdən, səfərlərdən uzaqlaşdırdılar. Azərbaycanı xarici ölkələrdə təmsil etmək istəyirdim, amma qarşıma çıxdılar. Məni məhv etdilər. Nə ailə qurmaq haqqında düşünə bilərdim?!”
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Xalq artisti Nisə Qasımova “Heç vaxt heç yerdə” proqramına qonaq olarkən deyib. Məşhur müğənni verilişdə şəxsi həyatına toxunaraq bu günədək evlənmədiyi üçün peşman olmadığını bildirib:
“Özüm gənc olarkən natamam idim. Hələ püxtələşməmişdim, ağıl, düşüncə yox idi. Allah kimin taleyini necə yazıbsa, onu da yaşamalıdır. Buna görə də, həmin taleyi yaşayıram. Heç də peşman deyiləm. Yaxşı ki, ailə qurmamışam. Bunu açıq deyirəm. Heç nə itirmədim, əksinə qazandım, özümü kəşf etdim”.



Baxış sayı: 368


Bölməyə aid digər xəbərlər