Bütün xəbərlər
Misir və Azərbaycan kitabxanaları arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
Tarix: 15-02-2021 20:49 | Bölmə: Mədəniyyət


Misir ilə Azərbaycan arasında mədəni əlaqələrin, xüsusilə kitabxana sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Misirdəki səfiri Tural Rzayevin Misirin Mərkəzi Kitabxanasının sədri, səfir Rza Tayfi ilə görüşü olub. Tərəflər zəngin kitab və əlyazmalar fonduna malik olan Misir və Azərbaycan kitabxanalarının daha sıx əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparıblar. Bu məqsədlə hər iki ölkənin mərkəzi kitabxanaları arasında əməkdaşlıq memorandumunun imzalanması, habelə Misirin böyük şəhərlərinin aparıcı kitabxanalarında ölkəmizlə bağlı kitabların sərgisinin təşkili müzakirə olunub.
Görüşün sonunda Azərbaycanın tarixi, mədəni irsi, dahi şəxsiyyətləri və təbiəti haqqında səfirliyimiz tərəfindən çap olunan, həmçinin diplomatik nümayəndəliyimizdə saxlanılan kitab nüsxələri Misirin Mərkəzi Kitabxanasına hədiyə edilib. Kitabxananın foyesində misirli oxucuların böyük marağına səbəb olan Azərbaycan haqqında 30-a yaxın kitabın sərgisi də təşkil olunub.
Kitab sərgisi Misirin nüfuzlu KİV-ləri tərəfindən geniş işıqlandırılıb.



Baxış sayı: 292


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya