Bütün xəbərlər
Nəsiminin "Sığmazam"ı "Çukur"da - Video
Tarix: 11-02-2021 01:17 | Bölmə: Mədəniyyət
Nəsiminin "Sığmazam"ı "Çukur"da - Video

Türkiyənin məşhur "Çukur" serialında Azərbaycanın dahi şairi İmadəddin Nəsiminin qəzəli səsləndirilib.
Axşam.az xəbər verir ki, "Show TV"də yayımlanan ekran işinin IV mövsüm 23-cü bölümündə "Sığmazam" səsləndirilib.
Baş qəhrəman olan Yamaç (obrazı aktyor Aras Bulut İynemli canlandırır-red.) hadisələrin baş verdiyi İstanbulun Çukur səmtinə qayıdıb və fonda müğənni Cavid Mürtəzaoğlunun ifasında sözügedən əsər verilib.
Qeyd edək ki, əslən İrandan olan 58 yaşlı Cavid Mürtəzaoğlu ötən ilin avqustunda koronavirusdan dünyasını dəyişib. 

           


Baxış sayı: 369


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya