22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Xalq artisti oğlunun həbsində özünü günahkar bilir
Tarix: 09-02-2021 16:26 | Bölmə: Mədəniyyət

                     Xalq artisti oğlunun həbsində özünü günahkar bilir


“Ümumiyyətlə, ailə özü kəsilməmiş bir qarpızdır. Bilmək olmur... Ailə mürəkkəb münasibətlər aləmidir”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Xalq artisti Arif Quliyev “Mətanətli səhər” proqramında dünyasını dəyişən oğlu Fərid Quliyevdən danışarkən deyib. O bildirib ki, oğlunun tərbiyəsi ilə düzgün məşğul olmayıb, lazımi diqqəti ayırmayıb:
“Mən səyahətlərdə, tamaşalarda olurdum, övladıma diqqət yetirmirdim. Harda olursansa, maraqlanmalısan, övladının kimlərin əhatəsində olduğunu bilməlisən.
Övlad dünyaya gətirirlər ki, ictimai bir insan yetişdirsinlər. Hər valideyn öz övladına dəstək olmalıdır. Bəzi ailələri görürəm ki, özü alimdir, oğlunu da bu cür yetişdirmək istəyir. Əgər ata-ana o istedad qığılcımını görürsə, kömək etməlidir. Zorla heç nə etmək olmaz”.
Qeyd edək ki, Xalq artistinin oğlu Fərid Quliyev təxminən 12 il öncə qəsdən adam öldürmə maddəsi ilə məhkum olunaraq 14 il müddətinə həbs cəzası almışdı. 11 illik həbsxana həyatından sonra əfv olunan F.Quliyev uzun müddət vərəm xəstəliyindən əziyyət çəkib. O, 2012-ci ildə uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.



Baxış sayı: 376


Bölməyə aid digər xəbərlər