22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Nazpəri dediklərini təkzib etdi
Tarix: 01-02-2021 12:08 | Bölmə: Mədəniyyət

                   Nazpəri dediklərini təkzib etdi


“Övladlarım evlənmək istəyəndə, seçimlərinə qarışmamışam. Mən heç demərəm ki, oğluma müğənni qız almaram”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva “MTV özəl” proqramında qonaq olarkən deyib. Məşhur müğənni bir müddət əvvəl açıqladığı “oğluma müğənni qız almaram” fikrini təkzib edərək belə bir cümlə işlətmədiyini bildirib.
“Özüm müğənniyəm, mənimlə heç kim evlənə bilməz? Bu nə deməkdir? Hətta oğlum Əkbərin təkidi ilə sənətə gəlmişəm. Əsas tərbiyyədir. O gəlin hansı ocağa düşürsə, orada xoşbəxt olsun”, - deyə sənətçi sözlərinə əlavə edib.
Qeyd edək ki, Dostəliyeva bu günədək müzakirələrə səbəb olacaq çox sayda açıqlamalar vermiş, sosial şəbəkələrdə tənqid atəşinə tutulmuşdu. Xalq artisti qız övladların təhsil almamasını, ailə quraraq evdar xanım kimi həyatlarına davam etmə fikrini dəstəkləmişdi.



Baxış sayı: 388


Bölməyə aid digər xəbərlər