22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
“Olanları yaddaşımdan silmişəm” - Aygün Brilliantdan danışdı
Tarix: 01-02-2021 00:27 | Bölmə: Mədəniyyət
“Olanları yaddaşımdan silmişəm” - Aygün Brilliantdan danışdı

Xalq artisti Aygün Kazımova "ATV maqazin onlarla” proqramının “33 sual” rubrikasının qonağı olub.
Axşam.az xəbər verir ki,  müğənni illərdir küsülü olduğu həmkarı Brilliant Dadaşovadan danışıb.
Belə ki, rubrikanın aparıcısı Ruslan Ağayev Kazımoyava içərisində Dadaşovanın fotosu olan zərf verib. Sənətçi bir vaxtlar yaxın rəfiqəsi olan B.Dadaşova haqqında bunları söyləyib:
“Bəli... Necə elan edirlər? Səhnəmizin Brilliantı... Yaşanan o xoş anlarda qalmaq istəyirəm. Ondan sonra olanları yaddaşımdan silmişəm.
Qoy mənim xatirəmdə o, gözəl qalsın. O gözəl an ki, onda biz mehriban idik: Zülfiyyə Xanbabayeva, mən və Brilliant. Vaqif Gərayzadə istədi bizdən “trio” qrupu yaratsın, alınmadı. Hər adam bədii rəhbər ola bilmir, ona görə.
Yenə o bağ olaydı... Gözəl söhbətlər edərdik... Bir bağçada oturardıq... Bir-birimiz haqqında gözəl müsahibələr verərdik”.



Baxış sayı: 395


Bölməyə aid digər xəbərlər