22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Moskvada Qarabağ atları haqqında bədii filmin təqdimatı keçirilib - FOTO
Tarix: 31-01-2021 01:44 | Bölmə: Mədəniyyət


Yanvarın 29-da Moskvanın Mərkəzi İppodromunda “Datse” qisametrajlı bədii filminin təqdimatı keçirilib.
“Report”un Rusiya bürosunun verdiyi məlumata görə, tədbirin əsas məqsədi Qarabağ atları cinsinin qorunub saxlanılması və inkişafı, habelə işgüzar elitanın bu mühüm missiya üçün birləşməsi olub.
Filmin süjet xətti latviyalı rəssam Datse Ştrausun Azərbaycanın rəmzlərindən biri hesab edilən azadlıqsevər və zərif Qarabağ atlarına olan sevgi hekayəsinə əsaslanır.
Filmin rejissorları Anar Ömərov və Ava İsmayılova, prodüserləri isə İlqar Səmədov və Batır Matakayevdir.
Rejissor Ava İsmayılovanın sözlərinə görə, filmin yaradıcılarının qarşısında müxtəlif dövrlərdən olan üç qəhrəmanı təqdim etmək dayanırdı. Bu qəhrəmanlardan biri müharibədən əvvəlki dövrdə Qarabağ atlarını xatırlayan və bir müddət sonra onların artıq vətənlərində olmadığını başa düşən Yaşardır. “Bütün bunları çəkmək biraz vaxt aldı. Amma bunu bacardıq – “Datse” adlı öz filmimizi yaratdıq. Filmin adı ilə bağlı bir çox təklifimiz var idi, ancaq onun Qarabağ atlarını çəkən sənətkarın adı ilə əlaqələndirilməsinə qərar verdik”, - o bildirib.
Filmdə azərbaycanlı və rusiyalı aktyorlar rol alıblar. Çəkilişlər həm Rusiyada, həm də Azərbaycanda aparılıb. Film bədii, oynaq xarakterli olsa da, real hadisələrə əsaslanır - əsas qəhrəman Azərbaycana ilk dəfə səfər edərək Qarabağ atlarının, demək olar, tərk edilmiş fermasında yenidən ilhamlanır.
Təqdimatın təşkilatçısı Dəmirəl Sultanzadə Qarabağ atları nəsli tükənmək üzrə olduğundan və çətin dövrünü yaşadığından belə tədbirlərinin keçirilməsinin vacibliyini vurğulayıb. “Bildiyiniz kimi, Qarabağ atları 2019-cu ildə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dəstəyi ilə Moskvada keçirilmiş “Equiros” adlı beynəlxalq sərgidə təqdim olunub. Bu təqdimat böyük maraqla qarşılandı. Film çəkmək fikri də, demək olar ki, oradan yarandı”, - təşkilatçı bildirib.
İzləyicinin ekranda görəcəyi Qarabağ atları fərdi at yetişdirən Yaşar Quluzadəyə məxsusdur. O, 22 ildir bu cinsin artımı ilə məşğul olur. Məhz Yaşar Quluzadə latviyalı xanım rəssam Datse Ştraussu ilk dəfə Dağlıq Qarabağdan gələn minmə atlarla tanış edib.














Baxış sayı: 366


Bölməyə aid digər xəbərlər