22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Demi Mur estetik qurbanı oldu - FOTO
Tarix: 29-01-2021 01:31 | Bölmə: Mədəniyyət

                  Demi Mur estetik qurbanı oldu -FOTO


Bu günlərdə "Fendi" moda evinin 2021 yaz-yay yeni kolleksiyasının çoxdan gözlənilən dəfiləsi reallaşıb.
Unikal.org xəbər verir ki, dizayner Kim Consun yeni geyimlərini Naomi Kempbell, Kristi Tarlinqton, Keyt Moss kimi məşhur modellər podiumda nümayiş etdirib.
Gecənin əsas sürprizi isə amerikalı məşhur aktrisa Demi Mur olub. Bütün diqqətlər aktrisanın əynindəki paltarda yox, onun qəribə üz ifadəsində olub. Uğursuz üz gərmə əməliyyatı etdirən Demini tanımaq mümkün olmayıb.
Aktrisanın sosial şəbəkədəki izləyiciləri isə "Üzünə nə olub?", "Əvvəlki Demini qaytarın", "Cərrahı işdən qovmaq lazımdır", "Dəhşətdir, öz yaşında görünmək daha yaxşıdır" kimi şərhlər yazıblar.
Qeyd edək ki, bir müddət əvvəl 58 yaşlı Demi Mur "Estetik əməliyyatlara qarşıyam. Təbii yaşlanmağa üstünlük verirəm. Güzgüyə baxanda özümü tanımaq istəyirəm" açıqlamasını vermişdi.


Demi Mur estetik qurbanı oldu -FOTO
Demi Mur estetik qurbanı oldu -FOTO




Baxış sayı: 380


Bölməyə aid digər xəbərlər