Bütün xəbərlər
"Özünü kamera qarşısında mələk kimi göstərirdi"
Tarix: 25-01-2021 13:51 | Bölmə: Mədəniyyət
"Özünü kamera qarşısında mələk kimi göstərirdi"

Xalq artisti Flora Kərimova "Xəbər-ətər" proqramında qonaq olub.Axşam.az xəbər verir ki, müğənni çəkilişlərdən birində adını açıqlamadığı Xalq artisti haqda etiraf edib:
"10 il bundan əvvəl bir çəkilişdə idik. İncə, nazik bir obrazda Xalq artisti dayanmışdı. Arada bir pərdə görünürdü, asanlıqla o qadına söz demək mümkün deyildi. Elə oldu ki, operator nəyisə səhv etdi və təzədən çəkməli olduq. Operator kameranı bağlamadı. Onun üzünü görüb, sözlərini eşidərdiniz: qışqırırdı. Məəttəl qaldım. Elə ki, dedilər çəkilişə başlayırıq, elə bir dona girdi ki: mələk. Orada görünür ki, davranışının acığını çıxdılar. Həmin yerləri efirdə göstərdilər. Həmin insanı indiyənə qədər görəndə, elit görünməyə çalışanda, gülməyim tutur. Ona nə hörmətim olacaq? Ondan nə öyrənəcəksən?".

           



Baxış sayı: 287


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya