22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
"Qədrimi öləndən sonra biləcəklər"
Tarix: 24-01-2021 20:47 | Bölmə: Mədəniyyət
"Qədrimi öləndən sonra biləcəklər"


Müğənni Serdar Ortaç karantin günlərində yaşadıqlarından danışıb.
Axşam.az türk mediasına istinadən xəbər verir ki, ifaçı keçmiş günlərdə etdiyi işlərə baxıb həsəd apardığını deyib:
"Köhnə kliplərə baxıram, nə gözəl işlər görmüşük. İnsanlar, hər şey dəyişdi. Əvvəl heç kim repin üzünə baxmırdı, indi hamı dinləyir. Əvvəl Müslüm Gürsesin öz dinləyicisi var idi. İndi bütün yüksək təbəqə ona qulaq asır. Amma yaratmağa davam edirəm. Mahnılar bəstələyirəm".
Şəxsi həyatından danışan Serdar "Boşanandan sonra depressiyaya düşdüm. Ona görə də evlilik kitabını bağladığımı dedim. Onda Seçilin qarşıma çıxacağını hardan bilərdim? Seçil deyir ki, sən ulduzsan. Düzdür, istedadımın fərqindəyəm. 30 il əvvəl bir gözəl əsərə imza atmışam. Hərdən deyirəm ki, Allah, nə savab iş gördüm ki, bu istedadı mənə verdin. Bir çoxları dəyərimi mən öləndən sonra biləcəklər. Məni çox axtaracaqlar. Etdiyim işlər ortada" sözlərini əlavə edib.


          







Baxış sayı: 373


Bölməyə aid digər xəbərlər