Bütün xəbərlər
ICESCO-nun Baş direktoru Ağdamda - Fotolar
Tarix: 13-01-2021 00:18 | Bölmə: Mədəniyyət

ICESCO-nun Baş direktoru Ağdamda


İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malikin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfəri çərçivəsində Füzuli rayonundan sonra Ağdama gedib.
"Qafqazinfo" "Azərtac"a istinadən xəbər verir ki, nümayəndə heyətinin üzvləri Ağdam şəhərində Ermənistanın müharibə cinayətlərinin izlərinə baxıb, ermənilərin 27 il ərzində törətdikləri vandalizmin şahidi olublar.
Əvvəlcə Ağdam məscidinə gələn qonaqlara məlumat verilib ki, digər tarixi abidələrimiz kimi, XIX əsrin yadigarı olan Ağdam məscidi də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra talan edilib və dağıdılıb.
Daha sonra Ağdam Dram Teatrının və Çörək muzeyinin binalarının qalıqlarına baxan nümayəndə heyəti, rayonun işğaldan əvvəlki görüntüləri və tarixi abidələrinin fotoları olan stendlərlə də tanış olublar.
ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik və Azərbaycanın mədəniyyət naziri Anar Kərimov jurnalistlərin suallarını cavablandırıblar.








Baxış sayı: 380


Bölməyə aid digər xəbərlər