Bütün xəbərlər
“Mən xəstəxanada olanda dayım da koronavirusdan öldü”
Tarix: 28-12-2020 18:08 | Bölmə: Mədəniyyət

                    “Mən xəstəxanada olanda dayım da koronavirusdan öldü”


“Koronavirusa yoluxanda çox stress keçirdim. Bunun səbəbləri də var idi. Dayım gənc yaşda “COVID-19”a yoluxmuşdu, dünyasını dəyişdi. Xəstəxanada olarkən onun ölüm xəbərini eşitdim, sanki öldüm”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri koronavirusa qalib gələn aparıcı Elgiz Əkbər deyib. O, aparıcısı olduğu “Elgizlə izlə” proqramında xəstəxanada olarkən dayısını itirdiyini bildirib:
“Çox stressdə idim. İki gün xəstəxananın psixoloqu mənimlə söhbətlər apardı. Koronavirusa yoluxan insanlara pis xəbər demək olmaz. Təklif edirəm ki, onların yanında telefon olmasın. Mən əksər mədəniyyət üzvlərinin ölüm xəbərini telefonla aldım. Boğulma yaranırdı. Stressdən çıxmaq üçün günün çox hissəsini yatırdım. Təzyiq 180-nə qalxırdı. Buna dözmək çox çətin idi. Ürəyə vururdu, döyüntü 200-dən çox olurdu. Ən çətini üç gün idi”.



Baxış sayı: 411


Bölməyə aid digər xəbərlər