Bütün xəbərlər
Mədəniyyət Nazirliyində yeni təyinat
Tarix: 24-12-2020 19:39 | Bölmə: Mədəniyyət

                   Mədəniyyət Nazirliyində yeni təyinat


Mədəniyyət Nazirliyində kadr təyinatı baş verib. “Qafqazinfo” xəbər verir ki, Acalova Fərəh Fuad qızı nazirliyin İncəsənət şöbəsinin müdiri vəzifəsinə gətirilib. 
Təyinat mədəniyyət nazirinin birinci müavini, mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimovun müvafiq əmri ilə həyata keçib. 
Qeyd edək ki, F.Acalova əmək fəaliyyətinə 2000-ci ildə Azərbaycan  Xarici İşlər Nazirliyində başlayıb. 2002-2003-cü illərdə Azərbaycanın UNESCO üzrə Milli Komissiyasında təhsildə gender bərabərliyi üzrə ekspert kimi fəaliyyət göstərib. 2003-2007-ci illərdə Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyində çalışıb. Həmin illərdə Sivilizasiyalararası Alyansda Azərbaycanın iştirakı məsələlərini əlaqələndirib, eyni zamanda İslam Əməkdaşlıq Təşkilatına Azərbaycanın sədrliyi dövründə Təşkilatın humanitar, sosial və mədəniyyət məsələləri üzrə ekspert qrupuna sədrlik edib.
2009 və 2019-cu illərdə Azərbaycan diplomatiyasının 90 və 100 illiyi münasibətilə Xarici İşlər Nazirliyinin müvafiq medalları ilə təltif olunub.
2010-cu ildə Koreyanın Gender Bərabərliyi və Aİlə Nazirliyi və Beynəlxalq Qadın İnkişafı Fondu tərəfindən “Qadın və Gələcək” mükafatına layiq görülüb. 
Son təyinatadək XİN-də Beynəlxalq İnsan Hüquqları Təsisatları ilə Əməkdaşlıq İdarəsinin rəis müavini vəzifəsində çalışıb.
İkinci dərəcəli müşavir diplomatik rütbəsinə malikdir. 
İngilis, rus, fransız və ispan dillərini bilir.



Baxış sayı: 414


Bölməyə aid digər xəbərlər