Bütün xəbərlər
Azərbaycanlının autizmlə bağlı filmi ABŞ-da qalib oldu
Tarix: 18-12-2020 20:16 | Bölmə: Mədəniyyət

                  Azərbaycanlının autizmlə bağlı filmi ABŞ-da qalib oldu


Bir neçə gün öncə azərbaycanlı rejissor Elçin Ağazadənin “Uğur böcəyi” adlı sosial filmi Amerikada mükafata layiq görülüb. 
“Qafqazinfo” xəbər verir ki, layihə Florida ştatında 15 qəqiqəlik qısa sosial filmlər arasında “ən yaxşı sosial film” nominasiyasının qalibi olub.
Rejissor qeyd edib ki, autizmlə bağlı ideanın müəllifi özüdür. Kiçik oğlunun autzim sindromlu olması onun bu işə təşəbbüs göstərməsinə səbəb olub.
Filmin rejissoru Elçin Ağazadə, operatoru Tərlan Xaqverdiev, icraçı prodüseri Anar Yəhyadır. Obrazları Fatimə Əliyeva, Ülviyyə Rza və Kənan Əsgərzadə canlandırıblar.







Baxış sayı: 353


Bölməyə aid digər xəbərlər