Bütün xəbərlər
AMEA-nın alimi koronavirusdan vəfat edib
Tarix: 16-12-2020 12:35 | Bölmə: Mədəniyyət

                        AMEA-nın alimi koronavirusdan vəfat edib


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) alimi Arif  Məhərrəmov koronavirusdan vəfat edib. Bu barədə “Qafqazinfo”ya Akademiyadan məlumat verilib.
A. Məhərrəmov ötən gün dəfn olunub. 
Qeyd edək ki, Arif Məhərrəmov 1952-ci ildə Ermənistan SSR-nin Spitak rayonunda anadan olub. Azərbaycan Dövlət Universitetinin fizika fakültəsini, Moskvada SSSR EA-nın Kimyavi Fizika İnstitutunun aspiranturasını bitirib. AMEA-nın Radiasiya Problemləri İnstitutunda şöbə müdiri vəzifəsində çalışıb.
Fizika-Riyaziyyat elmləri doktoru, professordur. 
2017-ci ildə “İlin nüfuzlu alimi” ali media mükafatına layiq görülüb. Alim 400-dən artıq elmi işin müəllifidir. Onlardan 200-ü xaricdə çap olunub. 15 müəlliflik şəhadətnaməsinin və patentin müəllifidir. Onun rəhbərliyi altında 11 elmlər namizədi müdafiə edib. 2 doktorluq dissertasiyasının məsləhətçisidir.



Baxış sayı: 452


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya