Bütün xəbərlər
Onu təhqir edən izləyicisini polisə verdi
Tarix: 13-12-2020 23:53 | Bölmə: Mədəniyyət

                  Onu təhqir edən izləyicisini polisə verdi


Aktyor Kıvanç Tatlıtuğun sosial media hesabındakı paylaşımı başına bəla olub.
Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, aktyor tvittr hesabında koronavirusa yoluxduğundan şübhələnib xəstəxanada müalicə aldığını və səhhətinin yaxşı olduğunu bildirib. Sosial mediadakı izləyicilərindən biri onu bu sözlərinə görə təhqir edib.
O, Kıvanç haqqında bunları yazıb:
“İstənilən halda heç vaxt xalq üçün nəsə etməmisən. Sən səni yaraşıqlı olduğun üçün sevən beyinsiz insanların gözündə adi bir aktyorsan”.
Bu sözlərdən sonra Tatlıtuğ həmin izləyicisini polisə şikayət edib. Hazırda həmin şəxs barəsində araşdırmalar aparılır.


Baxış sayı: 365


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya