Bütün xəbərlər
“Koronavirusun bu qədər ağır olduğunu ağlıma da gətirməzdim”
Tarix: 11-12-2020 13:12 | Bölmə: Mədəniyyət

                   “Koronavirusun bu qədər ağır olduğunu ağlıma da gətirməzdim”


Teleaparıcı Afaq Gəncəli yeni növ koronavirusa (COVID-19) yoluxub. “Qafqazinfo” xəbər verir ki, bu barədə ATV-nin aparıcısı öz instaqram səhifəsində məlumat verib.
A.Gəncəli xəstəliyi ağır keçirdiyini qeyd edib:
“Mən də bu virusa yoluxdum. Test verdim və pozitiv çıxdı. Çox ağır keçirtdim. İstəməzdim ki, kimsə mənim kimi pis keçirtsin. Bunun bu qədər ağır olduğunu ağlıma da gətirməzdim.
Çalışın maska, əlcəkdən istifadə edin, gigiyena qaydalarına əməl edin. Evdən çölə çıxmayaq, bacardığımız qədər virusdan uzaq olaq”.


Baxış sayı: 365


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya