Bütün xəbərlər
Şəhidlərə ithafən “Əbədi zirvə” musiqi kompozisiyası hazırlanıb - Video
Tarix: 04-12-2020 15:17 | Bölmə: Mədəniyyət

                   Şəhidlərə ithafən “Əbədi zirvə” musiqi kompozisiyası hazırlanıb


Canlarını Azərbaycanın ərazi bütövlüyü yolunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə ithaf olunan musiqi kompozisiyası hazırlanıb.
“Qafqazinfo” xəbər verir ki, Əməkdar artist Aygün Bəylərin ifa etdiyi "Əbədi zirvə" adlı musiqi kompozisiyasının bəstəkarı Tural Məmmədlidir.
Heydər Əliyev Fondunun dəstəyi ilə reallaşan musiqi kompozisiyasının klipi tezliklə ictimaiyyətə təqdim olunacaq. Klipin çəkilişlərini Bakı Media Mərkəzi həyata keçirir. Şəhidlərimizin ruhu qarşısında baş əyirik! Bir ömür boyu onlara minnətdar olacaq, qəlbimizdə əbədi yaşadacağıq!

            


Baxış sayı: 349


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya