Bütün xəbərlər
“Mənim ürəyim Şuşa” təqdim olundu - Video
Tarix: 07-11-2020 10:21 | Bölmə: Mədəniyyət

“Mənim ürəyim Şuşa” təqdim olundu


Qarabağın mirvarisi Şuşa haqqında musiqi kompozisiyası hazırlanıb. “Qafqazinfo” xəbər verir ki, layihə Heydər Əliyev Fondunun dəstəyi ilə reallaşıb. 
Sözləri Çexiyada yaşayan azərbaycanlı tanınmış şairə Leyla Beqimə məxsus olan “Mənim ürəyim Şuşa” adlı mahnının musiqisi məhz Almaniyada yaşayan həmyerlimiz, məşhur skripkaçı Anar Bramo tərəfindən bəstələnib.
Musiqi kompozisiyasının çəkilişlərini Bakı Media Mərkəzi həyata keçirib.
Azərbaycan, rus və ingilis dilində hazırlanan musiqi parçasını müvafiq olaraq Əməkdar artist Sevda Ələkbərzadə, Orxan Cəlilov və hazırda ABŞ-da yaşayan müğənni Ülviyyə Salayeva ifa edib. Musiqi kompozisiyasının çəkilişlərində drijor Fuad İbrahimov və sənətçilər Kənan Bəşirli, Sahib Paşazadə, Anastasiya Avdeyeva, Nicat Məsimov, Naala Baratelia, “Lumineux” vokal-xor ansamblı və Bakı Kamera Orkestrindən ibarət yaradıcı kollektiv iştirak edib.






Baxış sayı: 414


Bölməyə aid digər xəbərlər